[b]Robert Prosineçki bəyəndiyi daha bir futbolçunun adını açıqladı[/b]
16.01.2015 - 12:16
[b]Robert Prosineçki bəyəndiyi daha bir futbolçunun adını açıqladı[/b]

“Oyunlarda ümidverici futbolçular görürəm. “Qarabağ”ın heyətində Namiq Ələsgərovun yaxşı oyununu qeyd edərdim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

 

Antalya şəhərində Topaz Premyer Liqası klublarının hazırlıq prosesini izləyən xorvatiyalı mütəxəssis affa.az saytına açıqlama verib: “Digər klublarda da diqqətimi çəkən yeni adlar var. Hələ 10 gündən çox Antalyada qalıb klubların oyunlarını izləyəcəyəm. Yeni futbolçuların diqqətimi cəlb edə biləcəyi istisna deyil”.  

 

Qeyd edək ki, Prosineçki saytımıza verdiyi müsahibəsində “Neftçi”nin hücumçusu Ruslan Qurbanovu da fərqlənmişdi.