[b]Robert Prosineçki daha bir oyunu izləyəcək[/b]
07.12.2014 - 13:42
[b]Robert Prosineçki daha bir oyunu izləyəcək[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının XV turu çərçivəsində bu gün keçiriləcək daha bir oyunu izləyəcək. Apasport.az saytının xəbərinə görə, xorvatiyalı mütəxəssisin öncədən start fiti saat 17:00-da veriləcək “Xəzər Lənkəran” – “Qəbələ” matçını izləyəcəyi bildirilsə də, o, derbini də diqqətdən kənarda qoymayıb.

 

Belə ki, Prosineçki Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" (saat 15:15) görüşünü də izləyənlər arasında olacaq.