“Başqa komandalardan təklif almamışam. Harada çalışacağımla bağlı qərarı tezliklə qəbul edəcəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Millimizlə müqaviləsinin müddəti dekabrda başa çatacaq xorvatiyalı mütəxəssis xarici mətbuata açıqlama verib. O, gələcək karyerası haqda qəti qərarını yaxın günlərdə açıqlayacağını vurğulayıb.
“Harada işləmək istərdiniz” sualına Prosineçkinin cavabı belə olub: “Üstünlüyü heç nəyə vermirəm. Çünki futbolda istəklə nəsə həll olunmur. Əvvəl düşünmürdüm ki, nə vaxtsa Azərbaycanda çalışacam. Baxaq, görək, necə olacaq?”.
48 yaşlı məşqçi Xorvatiya yığmasını çalışdırmaq potensialı haqda da danışıb. Qısa fikir bildirən Prosineçki hazırda bu məsələnin gündəmdə olmadığına işarə edib: “Əsas odu ki, Xorvatiya dünya çempionatının final mərhələsinə vəsiqə qazansın. Qalanı boş şeydi”.
Qeyd edək ki, Robert Prosineçkinin adı xarici mətbuatda Sloveniya, Bosniya və Herseqovina yığmaları, həmçinin Türkiyənin “Konyaspor” klubu ilə birgə hallanır.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi