Azərbaycan millisi bu gün açıqlanan FİFA reytinqində 10 pillə geriləyib. Apasport.az saytının məlumatına görə, bu, son 13 ayda yığmamızın ən böyük geriləməsidi.
Belə ki, 2014-cü ilin oktyabrında Berti Foqtsun rəhbərliyi altında iki matçda uduzub, 31 pillə geriləyən komandamız həmin vaxtdan sonra ən pis halda 9 pilləlik eniş yaşamışdı. 9 addımlıq geriləmə də ötən ilin noyabrında, yığmanın müvəqqəti Mahmud Qurbanova tapşırıldığı vaxta təsadüf etmişdi.
Bu ildən yığmanın “sükanı arxasına” keçən xorvatiyalı Robert Prosinçekinin rəhbərliyi altında isə ən pis nəticəmiz indiki 10 pillə geriləməyimizdi. Bunadək isə o, ən pis halda “-8”ə şahid olmuşdu. Martda yığmamız 131-ci pilləni 139-a dəyişmişdi.
Qeyd edək ki, bu dəfəki geriləməyə yığmamızın oktyabrın 10-da İtaliyaya 1:3, 13-də Bolqarıstana 0:1 hesabı ilə uduzması səbəb olub.