[b]Robert Prosineçki Məşqçilər Komitəsi ilə görüşəcək[/b]
04.12.2014 - 15:59
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki yeni təyinatından dərhal sonra əməli fəaliyyətə başlayıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis dünən yaradılmış Məşqçilər Komitəsinin üzvləri ilə görüşəcək.
Prosineçkinin komitə üzvləri ilə görüşü sabah AFFA-nın inzibati binasında baş tutacaq. Komitədə yer alan mütəxəssislər baş məşqçini milli komandanın futbolçuları barədə məlumatlandıracaqlar.
Qeyd edək ki, Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyevin yer aldığı Məşqçilər Komitəsinə Vaqif Sadıqov rəhbərlik edir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0