Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.
AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb.
Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.
Mənbə: affa.az

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi