“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası Gənclər Liqasının Çempionlar yolunda “Roma”nı qəbul edir. Apasport.az saytı xəbər verir ki, “Azərsun Arena”da keçirilən qarşılaşmanı Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki də izləyir.
O, millidəki futbolçusu Rəşad Sadıqovu məşqçi postunda seyr etməyi lazım bilib.
AFFA-nın aşağı yaş qrupları üzrə Texniki Departamentinin rəhbəri Bernhard Lippert xorvatiyalı çalışdırıcını tək buraxmayıb. Belə ki, o da matçı tribunadan izləyənlər sırasındadı.
Qeyd edək ki, ilk hissədən sonra “Qarabağ” rəqibinə 0:1 hesabı ilə uduzur.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”