[b]Robert Prosineçkinin Türkiyə səfərinin vaxtı açıqlandı[/b]
05.01.2015 - 16:54
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki və köməkçilərinin Türkiyə səfərinin vaxtına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, xorvatiyalının başçılıq etdiyi məşqçilər korpusu qonşu ölkəyə yanvarın 9-da yollanacaq.
Mütəxəssislər ayın 24-dək Antalyada olacaq. Onlar bu bölgədə hazırlıq keçən klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcək.
Mənbə: affa.az
0
0