[b]Roberto Alviz: Azərbaycan yığması Xorvatiyadan xal qopara bilər[/b]
24.02.2014 - 00:05
[b]Roberto Alviz: Azərbaycan yığması Xorvatiyadan xal qopara bilər[/b]

 

“Təbii ki, qrupun favoriti İtaliya millisidir. Lakin Xorvatiya yığmasını da unutmaq olmaz”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq futbolçusu Roberto Alviz deyib.

 

30 yaşlı xorvatiyalı legioner AVRO-2016-nın seçmə mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirib.

 

Karyerasını Bruneyin DPMM klubunda davam etdirən yarımmüdafiəçi İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan, Azərbaycan və Maltanın H qrupundakı mübarizəsinin favoritini açıqlayıb. Alviz millimizin həmyerliləri ilə görüşlərdəki xal perspektivini də dəyərləndirib: “Azərbaycan yığmasının Xorvatiya milisi ilə görüşləri çox çətin olacaq. Komandanız bizim millidən xal ala bilər. Lakin Xorvatiyada yox, Bakıda. Azərbaycan yığması öz meydanında Rusiyadan xala ala bilibsə, bunu niyə Xorvatiya ilə matçda etməsin?”

 

Qeyd edək ki, Alviz 2012-13-cü illərdə “Xəzər Lənkəran”da çıxış edib.