“İnter” Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi son oyunda heyətə düşməyən futbolçularla mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, bunu Milan təmsilçisinin baş məşqçisi Roberto Mançini açıqlayıb.
O bildirib ki, artıq qrup birinciliyi təmin olduğundan, Bakıdakı əhəmiyyətsiz qarşılaşmada aparıcı futbolçulara istirahət verəcək: “Qarabağ”la görüşdə gənclərə güvənəcəyimi dəqiqləşdirmişəm. Əsas heyətə düşməkdə çətinlik çəkənlərə oyun praktikası qazanmaq imkanı yaradıb, özlərini göstərmək üçün şans verəcəm”.
Qeyd edək ki, Azərbaycan çempionu ilə Milan təmsilçisi arasında son turun oyunu dekabrın 11-də keçiriləcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı