[b]Roberto Mançini: Təəssüf ki, “Qarabağ” mərhələ adlaya bilmədi[/b]
11.12.2014 - 23:29
[b]Roberto Mançini: Təəssüf ki, “Qarabağ” mərhələ adlaya bilmədi[/b]

“Çox yaxşı oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Roberto Mançini deyib.

 

İtaliyalı mütəxəssis qarşılaşmanın onlar üçün çətin alındığını bildirib: “Təəssüf ki, “Qarabağ” növbəti mərhələyə adlaya bilmədi”.

 

- Təcrübəli məşəşqçi kimi qəbul edirsiz ki, qol ofsayd deyildi?

- Futbolda hər şey olur. "Qarabağ" əvvəlki şanslarından istifadə edə bilmədi. Etsəydi, başqa cür olardı.

 

- Bu gün biz "İnter"in ifasında yaxşı oyun görmədik. Sadəcə, hakimlər "Qarabağ"ın qələbəsini əlindən aldı.

- Elə isə "Qarabağ"ı təbrik edirəm.