[b]Roman Qriqorçuk istefa verdi[/b]
28.05.2018 - 22:25
[b]Roman Qriqorçuk istefa verdi[/b]

Roman Qriqorçukun “Qəbələ” karyerası sona çatıb. Apasport.az saytının məlumatıan görə, bunu ukraynalı məşqçi özü açıqlayıb.

 

Ölkə kubokunun “Keşlə” ilə final matçında 0:1 hesablı məğlub olan və bu mövsüm də titulsuz qalan “qırmızı-qaralar”ın çalışdırıcısı ölkəmizdən ayrılmağa qərar verib.

 

Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ilin yanvar ayından “Qəbələ”nin baş məşqçisi idi.