[b]Roman Qriqorçuk: Ardıcıl iki oyunda məğlubiyyət normaldı[/b]
10.02.2015 - 20:01
“Bu gün pis oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı çalışdırıcı Topaz Premyer Liqasında XXI turu çərçivəsində səfərdə “Simurq”a 2:0 hesablı məğlubiyyətə şərh verib: “Qeyd etmək istərdim ki, komandam ikinci dəfə ardıcıl məğlub olur. İkinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, ardıcıl iki oyunda məğlubiyyət normaldı. Bizim hədəflərimiz yüksəkdir. Bu yolda çətinliklərimiz olacaq. Komandam ruhdan düşməməlidir. Alnımız ağ, üzümüz açıq növbəti oyuna hazırlaşmalıyıq”. (pfl)
0
0