[b]Roman Qriqorçuk: Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər[/b]
11.01.2015 - 15:56
[b]Roman Qriqorçuk: Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər[/b]

“Hal hazırda işlərimiz, hazırlıq prosesimiz davam edir. Ümumi nəsə demək üçün çox tezdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Ötən gün “qırmızı-qaralar” Antalya toplanışı çərçivəsində Hollandiyanın PSV klubunun 2-ci komandası ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib - 0:0.

 

Oyundan sonra ukraynalı mütəxəssis görüş haqda fikirlərini gabalafc.az-la bölüşüb: “Futbolçularımız səylə çalışır. Oyunumuz haqda yalnız fevralın 1-i - "Bakı" ilə qarşılaşmadan sonra danışa bilərik. Hazırkı dövr həmin matça hazırlıq dövrüdür. Yeni futbolçularımız - Rəşad Sadiqov və Aleksey Qay təcrübəli futbolçulardır. Bizim onların oyununa, komandaya xeyir verib-verməyəcəklərinə dair hər hansı bir şübhəmiz yox idi. Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər. Heyətimizə qatdığımız gənc futbolçular isə çalışırlar və daha çox çalışmalıdırlar".