"Qələbə qazandığımıza görə şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Topaz Premyer Liqasının XXV turu çərçivəsində doğma azarkeşləri önündə “Sumqayıt” üzərində qazanılan qələbədən (2:0) danışıb: “Liderlərdən geridəyik və hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq. Birinci hissədəki oyunumuzdan razıyam. İkinci hissədə hesabı qorumağı tapşırmamışdım. Sadəcə, oyunçuların psixologiyası tam formalaşmıyıb. Onlar başa düşməlidir ki, 2:0 sürüşkən hesabdı. Sona kimi oynamaq lazımdı. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm". (pfl)