[b]Ronaldo, Messi, Novruzov və Çeran[/b]
11.02.2015 - 15:31
[b]Ronaldo, Messi, Novruzov və Çeran[/b]

Avropa ölkələrinin milli çempionatlarında ən yüksək məhsuldarlıq göstərən futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın cədvəlində hər qarşılaşmada orta hesabla 1 və daha çox qol vuranlar yer alıb.

 

Siyahıya “Santa Koloma”da çıxış edən Kristian Martines başçılıq edir. Andorra çempionatının 13 oyununda 17 dəfə fərqlənən bombardirn məhsuldarlığı 1,31-ə bərabərdi. İspaniya çempionatındakı 22 qarşılaşmada 28 qol vuran Kriştianu Ronaldonun (“Real”) göstəricisi isə 1,21-ə bərabərdi.

 

Maraqlıdı ki, portuqaliyalının məhsuldarlığı Topaz Premyer Liqasının iki ən yaxşı bombardirinin nəticəsinin cəmindən də yüksəkdi.

 

Belə ki, bu gün “Sumqayıt”la keçirilən oyunu nəzərə almasaq, Nurlan Novruzov 17 matçda 10 qol vurub. Onun məhsuldarlığı 0,59-du. 15 qarşılaşmada 10 dəfə rəqib qapılarına yol tapan Draqan Çeranda isə bu rəqəm 0,60-dı.  Göründüyü kimi, onların ikisi birlikdə nəinki Martines, hətta Ronaldodan da geri qalır.

 

Qeyd edək ki, Avropa ölkələrində məhsuldarlığı 1 və daha çox olan futbolçuları sayı 9-du. Bu siyahıda olan daha bir əfsanə - Lionel Messi isə 1,05-lik göstərici ilə 5-cidi. “Barselona”lı İspaniya çempionatında 22 matça 23 qol vurub.