[b]Ronaldo daha bir otel açdı[/b]
03.10.2016 - 12:51
[b]Ronaldo daha bir otel açdı[/b]

Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo Funşaldan sonra Lissabonda da otel tikdirib. Apasport.az saytının məlumatına görə, CR7 şəbəkəsinə aid olan 4 ulduzlu mehmanxananın açılışında 31 yaşlı hücumçunun özü də iştirak edib.

 

Ronaldo Lissabonda otel tikdirməsini bu şəhərin ona doğma olmağı ilə əlaqələndirib: “Həyat təkcə futbol demək deyil. Futbol mənim ehtirasımdı, amma gələcək barədə də düşünmək lazımdı. Karyeramın bir hissəsi Lissabonda keçib. Burda 7 il keçirmişəm. Odu ki, Lissabonda otel açmaq şansını əldən verə bilməzdim”.

 

Qeyd edək ki, Ronaldo 1997-2003-cü illər ərzində “Sportinq”də çıxış edib. 

0