[b]Ronaldo Kasilyas və Maldini ilə eyni “onluq”da[/b]
27.09.2017 - 09:41
[b]Ronaldo Kasilyas və Maldini ilə eyni “onluq”da[/b]

Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo avrokuboklarda yubiley oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının qrup mərhələsində “Borussiya” ilə qarşılaşmada reallaşdırıb.

 

Dortmund təmsilçisi ilə görüş Ronaldonun avrokuboklarda keçirdiyi 150-ci matç olub. Bununla da, 32 yaşlı forvard avrokuboklarda ən çox oyunda iştirak edən futbolçuların “onluğ”una düşməyi bacarıb.

 

Avrokuboklarda ən çox matç keçirən oyunçu isə “Porto”nun qapıçısı İker Kasilyasdı.


177 - İker Kasilyas (“Real”, “Porto”)
174 - Paolo Maldini (“Milan”)
173 - Xavi Ernandes (“Barselona”)
163 - Klarens Zedorf (“Ayaks”, “Real”, “İnter”, “Milan”)
161 - Raul Qonzales (“Real”, “Şalke”)
160 - Xavyer Zanetti (“İnter”)
159 - Rayan Giqqz (“Mançester Yunayted”)
159 - Pepe Reyna (“Barselona”, “Vilyarreal”, “Liverpul”, “Napoli”, “Bavariya”)
152 - Canluici Buffon (“Parma”, “Yuventus”)
150 - Ceymi Karrager (“Liverpul”)
150 - Kriştianu Ronaldo (“Sportinq”, “Mançester Yunayted”, “Real”)