[b]Ronaldo və Benzema Mançesterə aparıldımı?[/b]
25.04.2016 - 17:45
[b]Ronaldo və Benzema Mançesterə aparıldımı?[/b]

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində sabah “Mançester Siti” ilə qarşılaşacaq “Real” İngiltərəyə yollanıb. Apasport.az saytının məlumatına görə, səfərdə komandanın aparıcı oyunçuları – Kriştianu Ronaldo və Kərim Benzema da iştirak ediblər.

 

Ronaldo “Rayo Valyekano” ilə çempionat oyununu buraxdığı halda, Benzema matçın gedişində zədə aldığından, əvəzlənmək məcburiyyətində qalmışdı. Ronaldonun “Mançester Siti” ilə görüşə kimi hazır vəziyyətə gətiriləcəyi deyilsə də, dizindən xəsarət alan Benzemanın oyunu buraxmaq ehtimalının yüksək olduğu bildirilirdi. Buna baxmayaraq, Kərim “Dumanlı Albion”a yollanan heyətdə yer alıb.

 

Ümumilikdə isə “qalaktikos” səfərə bu heyətlə çıxıb:

 

Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Ruben Yanes

Müdafiəçilər: Rafael Varan, Pepe, Serxio Ramos, Naço, Marselo, Daniel Karvahal, Alvaro Arbeloa, Danilo

Yarımmüdafiəçilər: Toni Kroos, Hames Rodriges, Qaret Beyl, Kasemiro, Mateo Kovaçiç, Luka Modriç, İsko

Hücumçular: Kriştianu Ronaldo, Kərim Benzema, Lukas Vaskes, Xese, Mayoral  

0