[b]Ronaldodan yeni rekordlar[/b]
18.02.2016 - 09:54
[b]Ronaldodan yeni rekordlar[/b]

“Real”ın hücumçusu Kriştianu Ronaldo daha iki rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu buna Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin “Roma” ilə (2:0) səfər görüşündə nail olub.

 

31 yaşlı forvard “pley-off” mərhələlərində ən çox oyun keçirən “Barselona”nın sabiq kapitanı Xavi Ernandesə çatıb. “Roma” ilə görüşdə meydana start heyətində daxil olan Ronaldo qrupdan sonrakı mərhələlərdə 56-cı oyununa çıxmış olub. O, cavab matçında də iştirak etsə, bu rekordu yeniləyəcək.

 

Ulduz futbolçu eyni zamanda ÇL-in pley-off mərhələlərində vurduğu qolların sayını 40-a çatdırıb. İtaliyadakı qarşılaşmada hesabı açan portuqaliyalı buna nail olan ilk oyunçu kimi tarixə düşüb.

 

Qeyd edək ki, Kriştianu Ronaldo Çempionlar Liqasında 89-cu qoluna imza atıb və özünəməxsus rekordu növbəti dəfə yeniləyib. O, cari mövsümdə isə ÇL-də qollarının sayını 12-yə çatdırıb.