Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo karyerasında ilk dəfə penta-trikə imza atıb. Apasport.az saytının məlumatına görə, Primeronun “Qranada” ilə qarşılaşmasında (9:1) 5 qol vuran portuqaliyalı bunadək heç vaxt belə uğur qazanmamışdı.
Ronaldo karyerasında 31-ci dəfə bir matçda 3 və ya daha çox qol vurub. Bunlardan 24-ü İspaniya çempionatlarına təsadüf edib. La Liqanın rekorduna şərik olan Kriştianu Lionel Messiyə çatıb.
Portuqaliyalı ilk 3 qolunu 8 dəqiqəyə vurub. Bu da onun karyerasında ən sürətli het-trikdi.
“Real”ın tarixində son 23 ildə belə sürətli het-trik olmamışdı. 1992-ci ildə Fernando Yerro “Espanyol”un qapısına 6 dəqiqəyə 3 qol vurmuşdu.
“Real” son 47 ildə ilk dəfə belə böyük hesablı qələbə qazanıb. “Kral klubu”nun son belə uğuru 1967-ci il sentyabrın 17-də qeydə alınıb. Həmin vaxt madridlilər “Real-Sosyedad”ı eyni – 9:1 hesabı ilə məğlub etmişdi.