[b]Ronaldonun jesti Mişel Platinini məyus etdi[/b]
22.12.2014 - 22:00
[b]Ronaldonun jesti Mişel Platinini məyus etdi[/b]

UEFA “Real”ın hücuçmusu Kriştianu Ronaldonun jesti ilə bağlı münasibət bildirib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun mətbuat xidmətinin rəhbəri Pedro Pinto “Kral klubu”nun forvardı ilə UEFA prezidenti Mişel Platininin arasında heç bir münaqişənin olmadığını ifadə edib.

 

O bildirib ki, Platini məna gğrə məyus olub: "Heç bir problem yoxdu. Ronaldu daha əvvəl Platininin əlini sıxdı. O ikinci dəfə yaxınlaşan da, Platini Karlo Ançelottiylə danışırdı. Mən zəmanət verə bilərəm ki, Ronaldu və UEFA prezidentinin arasında heç bir münaqişə yoxdu. Mişel Platini ilə danışdım və o dedi ki, buna görə məyus oldum. Çünki insanlar düşünə bilələr ki, Kriştianu onun xoşuna gəlmir”.

 

Qeyd edək ki, klublar arası dünya çempionatının medal və kubokun təqdim olunma mərasimi zamanı “Kral klubu”nun hücumçusu Platininin əlini sıxmayıb.