[b]Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb[/b]
18.02.2016 - 13:08
[b]Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb[/b]

Martın 11-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında baş tutacaq AFFA prezidenti vəzifəsinə ilk namizədin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürüb.

 

Bu, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini əsasən gerçəkləşib. 2 dəfə bu vəzifəyə seçilən Abdullayev növbəti dəfə seçkilərdə qalib gəlsə, üçüncü dördillikdə assosiasiyaya başçılıq edəcək.

 

Qeyd edək ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2012-ci ildə AFFA-nın prezidenti seçilib.