[b]Rövnəq Abdullayev yığma ilə görüşüb, tapşırıqlarını verdi[/b]
06.09.2014 - 15:04
[b]Rövnəq Abdullayev yığma ilə görüşüb, tapşırıqlarını verdi[/b]

AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA-nın Futbol Akademiyasında Azərbaycan milli komandası ilə görüş keçirib. Apasport.az saytının məlumatına görə, qurum rəhbəri sentyabrın 9-da Avro-2016-nın seçmə mərhələsində ilk oyununu keçirəcək millimizə uğurlar arzulayıb.

 

Abdullayev, həmçinin müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Qeyd edək ki, sentyabrın 9-da, saat 21:00-da, "Bakcell Arena"da Bolqarıstan yığması ilə Avro-2016-nın seçmə oyununu keçirəcək Azərbaycan millisi sentyabrın 5-dən etibarən Bakıda təlim-məşq toplanışındadır.

 

Mənbə: affa.az