[b]Roysdan gözlənilməz qərar: Nə “Barselona”, nə “Real”...[/b]
10.02.2015 - 16:45
[b]Roysdan gözlənilməz qərar: Nə “Barselona”, nə “Real”...[/b]

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys gözlənilməz addım atıb. Apasport.az saytı xəbər verir ki, Avropanın bir neçə nəhəng komandasının maraq dairəsində olan Almaniya millisinin üzvü klubunda qalmağı qərara alıb.

 

“Borussiya”nın bu mövsümdəki biabırçı çıxışını nəzərə alıb, Roysun yayda başqa kluba keçəcəyini proqnozlaşdırmaq olardı. Xüsusən, “Barselona” və “Real” 26 yaşlı oyunçunun transferi üçün dəridən-qabıqdan çıxırdılar. Lakin Roys bu gün “Borussiya” ilə yeni müqavilə bağlayıb. Bağlanan sazişə görə, futbolçu 2019-cu ilin yayına qədər dortmundlulara məxsus olacaq. Onun bu addımı qiymətini artırmaq üçün atdığını da düşünmək olar.

 

Qeyd edək ki, Marko Roys 2012-ci ildən “Borussiya”nın formasını geyinir.