[b]Rüfət Dadaşovun komandası darmadağına üzüldü[/b]
16.04.2016 - 10:38
Azərbaycan yığmasının sabiq üzvü Rüfət Dadaşovun komandası “Halberştadt” Almaniyanın Regional Liqasında növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, adıçəkilən kollektiv XXVIII tur çərçivəsində öz meydanında "Berliner AK 07" klubu ilə qarşılaşıb.
Oyunda üzülən tərəf Dadaşov və komanda yoldaşları olub. Belə ki, “Halberştadt” rəqibinə 0:6 hesabı ilə uduzub. Meydana start heyətində çıxan Rüfət oyunu əvəzlənmədən keçirib.
Həmyerlimiz meydanda olduğu müddətdə yalnız sarı vərəqə alması ilə diqqət çəkib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0