Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun III Bundesliqa təmsilçisi “Karl Zeyss”ə keçidi real görünmür. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb forvardın Berlin “Dinamo”su ilə müqaviləsinin olmasıdı.
Belə ki, Dadaşovun hazırkı komandası ilə anlaşma müddəti mövsümün sonuna qədərdi. “Karl Zeyss” onu havayı heyətinə qatmaq istəsə də, “Dinamo” rəhbərliyi buna razılıq verməyib. III Bundesliqa komandası da bu keçid üçün pul xərcləmək fikrində olmadığından, Dadaşovun “Karl Zeyss”ə transferi gözlənilmir.
Onun xidmətində maraqlı olan digər komandalar isə “Şportfroynde”, “Erfurt”, “Çvikkau” və “Hanza”dı.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"