[b]Ruslan Abışov Almaniyaya yollandı[/b]
13.01.2016 - 15:07
[b]Ruslan Abışov Almaniyaya yollandı[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin futbolçusu Ruslan Abışov komandadan ayrılıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi klubun Antalya düşərgəsindən Almaniyaya yollanıb.

 

Belində ağrılar hiss edən Abışov Almaniyanın Münhen şəhərində həkim müayinəsindən keçəcək. Zədənin nə dərəcədə ciddi olduğu müayinədən sonra bəlli olacaq.

 

Mənbə: gabalafc.az