Ruslan Abışov müəmması
27.12.2014 - 13:00
Ruslan Abışov müəmması

Mövsümün əvvəlində “Qəbələ”nin icarə əsasında heyətinə cəlb etdiyi Ruslan Abışovun gələcək karyerası müəmma içindədi. Apasport.az xəbər verir ki, gələn ay müqavilə ilə məxsus olduğu “Rubin”ə qayıdacaq yığma komandamızın üzvünün Azərbaycana dönüb-dönməyəcəyi özündən asılıdı.

 

“Rubin”in təlim-məşq toplanışına qoşulacaq Abışov özünü yaxşı tərəfdən göstərə bilsə, elə Kazan klubunda da qalacaq. Əks təqdirdə isə ona “özünə klub tap” tapşırığı veriləcək.

 

İkinci ehtimal yaranarsa Azərbaycandan iki klub dərhal mübarizəyə başlayacaq. Bunlar “Qəbələ” və “Neftçi”di. Həm “Qəbələ”, həm də “Neftçi” istəyini Abışovun özünə çatdırıb. Hər iki klub məhz “Rubin”in baş məşqçisi Rinat Bilyaletdinovun qərarını səbirsizliklə gözləyir.

 

Qeyd edək ki, Ruslan Abışov “Neftçi”nin yetirməsidi.