[b]Ruslan Abışovun komanda yoldaşı “İnter”ə lazım olmadı[/b]
02.01.2015 - 17:03
[b]Ruslan Abışovun komanda yoldaşı “İnter”ə lazım olmadı[/b]

İtaliyanın “İnter” klubunun rəhbərliyi “Rubin”dən icarəyə götürdükləri Yan M`Vila ilə əməkdaşlığı davam etdirmək istəmir. Apasport.az saytının məlumatına görə, “neradzurra”da icarə əsasında oynayan fransız yarımmüdafiəçi Kazan təmsilçisinə qayıdacaq.

 

Halbuki Rusiya mətbuatında “İnter”in M`Vilanın transfer hüququnu birdəfəlik alacağı haqda xəbərlər dolaşırdı. Görünür, 24 yaşlı yarımmüdafiəçinin çıxışı baş məşqçi Roberto Mançinini qane etməyib. Millimizin üzvü Ruslan Abışovla “Rubin”də komanda yoldaşı olmuş M`Vila ümidləri doğrultmayıb.

 

Fransa yığmasının da üzvü olan gənc xavbek millinin heyətində 22 oyunda 1 qol vurub.