[b]Ruslan Əmircanov “Qəbələ”dən ayrılır[/b]
08.12.2014 - 10:37
[b]Ruslan Əmircanov “Qəbələ”dən ayrılır[/b]

“Qəbələ”nin müdafiəçisi Ruslan Əmircanovun başının üstünü “qara buludlar” alıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu heç cür zədədən canını qurtara bilmir.

 

Sol dizindən zədələnən Əmircanovun daha tez sıraya dönəcəyi gözlənilsə də, sağalması prosesi yubanır. Əməkdaşımızla söhbətində hazırkı vəziyyəti ilə bağlı danışan Ruslan Türkiyəyə gedəcəyini bildirib: “Bu günlərdə Türkiyəyə yola düşəcəm. Zədə mənim başıma oyun açıb. Elə ki sağaldığımı düşünürəm, məşqdə ayağımda ağrı hiss edirəm. Türkiyədə tibbi müayinədən keçəcəm. Məhz bundan sonra zədəmin nə yerdə olduğu, nə vaxt məşqlərə başlayacağım bəlli olacaq”.

 

Əmircanov komandasına çətin vəziyyətdə kömək edə bilmədiyi üçün məyusdu: “Yaxşı günlər keçirmirik. Çox istərdim ki, bu cür ağır vəziyyətdə komandama kömək edim. Amma əlimdən bir şey gəlmir. Zədəli olduğum üçün kənardan baxmaq məcburiyyətindəyəm”.