“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Çempionlar Liqasının (ÇL) finalında Xuan Kuadradonun meydandan qovulmasını dəyərləndirib.
Hazırda Moskva “Lokomotiv”ini çalışdıran Syomin “Yuventus”un futbolçusu ilə “Real”ın kapitanı Serxio Ramos arasında yaşanmış epizoda belə şərh verib: “Serxionun ikinci hissədəki hərəkəti oyunun bir hissəsi idi. Ramos komandaya “işlədi”. Bu cür matçlarda kiminsə feyr-pley haqda düşündüyünə inanırsınız? Burada daha çox hakimin üstünə düşmək lazımdı. Çünki o, epizoda yaxın idi. Amma nədənsə həmin anı düzgün qiymətləndirmədi”.
Qeyd edək ki, “Yuventus”u 4:1 hesabı ilə üstələyən “Real” ardıcıl ikinci dəfə ÇL-in qalibi adını qazanıb.