[b]Sadio Tounkara “Xəzər Lənkəran”a qayıdır[/b]
16.08.2014 - 10:12
“Xəzər Lənkəran”ın uzun müddətdir yolunu gözlədiyi malili yarımmüdafiəçi Sadio Tounkara komandaya qayıdır. Apasport.az saytının məlumatına görə, 22 yaşlı afrikalı futbolçu avqustun 20-də Azərbaycana gələcək.
Ötən mövsüm bitdikdən sonra ölkəsinə yollanan Tounkara “ağ-yaşıllar”ın Türkiyə və Sloveniyada keçirdiyi toplanışına qatılmaqdan boyun qaçırmışdı. Bu səbəbdən klub rəhbərliyi ondan FİFA-ya şikayət etmişdi.
Qeyd edək ki, kamerunlu hücumçu Mbilla Etame də “Xəzər Lənkəran”ın düşərgəsinə gec qoşulmuşdu. O, hazırlığın sonuna bir həftə qalmış komandaya qatılmışdı.
0
0