“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Sadio Tounkara zədəsini sağaldıb. Klubdan apasport.az saytına verilən məlumata görə, malili futbolçu artıq məşqlərə başlayıb.
Ötən mövsümün sonlarında diz bağlarından zədələnən Tounkara mayın əvvəllərində Türkiyədə cərrahiyyə əməliyyatı keçirmişdi. Bu səbəbdən cari mövsümün ilk 5 turunu kənardan izləməklə kifayətlənən 23 yaşlı oyunçu artıq məşqçilər korpusunun ixtarındadı.
Bir neçə gündü kollektivlə birlikdə məşq edən Sadionun sentyabrın 27-də “Zirə” ilə VI tur matçında 4 ay yarımlıq həsrətə son qoyması gözlənilir. Baş məşqçi Yunis Hüseynovun qarşılaşmanın son 10-15 dəqiqəsində ona şans verməsi istisna deyil.
Qeyd edək ki, Tounkara ötən mövsüm Premyer Liqanın XXXII turu çərçivəsində “Bakı” ilə oyunda zədələnmişdi.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"