[b]Sadıq Sadıqova 5! [/b]
23.05.2014 - 12:54
[b]Sadıq Sadıqova 5! [/b]

Azərbaycan kubokunun final matçı “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov üçün yubiley titulu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” 2009-cu ildən kluba rəhbərlik edən funksionerin dövründə 5-ci titulunu qazanıb.

 

5 ildə 5 titula sevinən Sadıqov 2010/11, 2011/12 və 2012/13  mövsümlərində Azərbaycan çempionu, 2012/13, 2013/14 mövsümlərində isə ölkə kubokunun sevincini yaşayıb. Ardıcıl 4 ildir titulsuz qalmayan “Neftçi”nin indiki rəhbəri klub tarixində titul sayına görə ikincidir.

 

Sadıqov 3 çempionluq, 2 kubok və 2 Superkubok qazanan Aydın İbrahimovdan geri qalır.

 

Lakin rekordçu komandaya 9 il (1988-1997) rəhbərlik edib. “Neftçi”nin digər prezidentlərindən Rövnəq Abdullayev 4, Aqil Paşayev isə 1 titulun qazanılması zamanı paytaxt təmsilçisinin başında olub.