“Məşqçilər Komitəsinə beşinci üzvlə bağlı hər kəs öz namizədini irəli sürdü. Ancaq dekabrın 16-dək heç kim öz namizədinin adını açıqlaya bilməz. Ad çəksəm, digər məşqçilərimizə hörmətsizlik olar”. Bu sözləri apasport.az saytına açıqlamasında Şahin Diniyev deyib.
Məşqçilər Komitəsinin üzvlərindən olan təcrübəli mütəxəssis yeni yaradılan komitə haqda fikrinin müsbətə doğru dəyişdiyini qeyd edib: “Açığı, komitənin yaradılmasına əvvəlcə mənfi baxırdım, amma indi müsbət baxıram. Niyə əvvəl mənfi baxırdım? Çünki məşqçilər komitəsi əvvəllər də olub, ancaq bu qədər fəaliyyətli, aktiv olmayıb. Bu günlər ərzində görülən işlər, bizə olan qayğı fikrimi dəyişdi. Bilirsiz ki, mən hər şeyi düz deyənəm. Nə varsa, onu deyirəm”.
Diniyev qısa zaman kəsiyində keçirdikləri görüşlərin mühüm rol oynadığını vurğulayıb: “U-19 və U-17-nin məşqçiləri ilə görüşdük. Daha öncə isə Robert Prosineçki, həmçinin baş katiblə görüşlərimiz oldu. Bütün bunlar onu göstərir ki, fikirlərimizə, həqiqətən də, önəm verirlər. Bu bizi çox sevindirir”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı