21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisinin adı bu gün bəlli olmalıdı. Apasport.az saytının məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovla Məşqçilər Komitəsi (MK) arasında keçirilməsi nəzərdə tutulan görüşdə həmin mütəxəssisin adı açıqlanacaq.
Məşqçilər Komitəsinin baş katibə təqdim etdiyi siyahıda 4 yerli mütəxəssisin adı var. Bunlar Nazim Süleymanov, Əsgər Abdullayev, Yaşar Vabahzadə və Şahin Diniyevdi. İlk 3 məşqçidən fərqli, Diniyevin adının çəkilməsi təəccüb doğura bilər. Məsələ burasındadı ki, federasiya rəhbərliyi komitənin özündən 1 nəfərin U-21-ə namizəd göstərilməsini tələb edib. Belə olan halda, Məşqçilər Komitəsi Diniyevin adını siyahıya əlavə edib.
Təqdim edilən 4 yerli məşqçidən əlavə, federasiya rəhbərliyinin siyahısında 2-3 əcnəbi çalışdırıcının adı var.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı