[b]Salahdan rekord – 3-cü dəfə...[/b]
13.04.2018 - 15:50
[b]Salahdan rekord – 3-cü dəfə...[/b]

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, “Liverpul”un oyunçusu Məhəmməd Salah mükafatı qazanıb.

 

Misirli futbolçu cari mövsüm ərzində üçüncü dəfə “ayın oyunçusu” seçilib. Premyer Liqa tarixində daha öncə bir mövsümdə üç dəfə sözügedən mükafatı qazanan başqa bir futbolçu olmayıb.

 

Qeyd edək ki, Salah mart ayında meydana çıxdığı 4 Premyer Liqa matçında rəqib qapılarına 6 dəfə yol tapıb.