[b]Salahsız Misir Kolumbiya ilə sülh bağladı[/b]
02.06.2018 - 01:28
Dünya çempionatının iştirakçıları Misir və Kolumbiya yoldaşlıq görüşündə üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, qarşılaşma İtaliyanın Berqamo şəhərində baş tutub.
Misirlilər zədə ucbatından aparıcı oyunçuları Məhəmməd Salahın xidmətindən məhrum idilər. Oyun Cənubi Amerika təmsilçisinin üstünlüyü şəraitində keçsə də, qapılara qol vurmaq mümkün olmayıb və görüş 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, dünya çempionatında Misir A, Kolumbiya isə H qrupunda yer alıb.
0
0