[b]Samir Abasov istefa verdi[/b]
20.05.2018 - 19:28
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov istefa verib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının son turunda doğma meydanda “Zirə” ilə qarşılaşan “kimyaçılar” 1:2 hesabı ilə məğlub olublar.
Bu nəticə ilə komanda mövsümü 5-ci pillədə başa vurub. Avrokubok şansını itirən komandanın çalışdırıcısı isə mətbuat konfransında istefa verdiyini bildirib.
O, buna səbəb kimi rəhbərliyin şərtlərini yerinə yetirməməsini göstərib.
Qeyd edək ki, Samir Abasov 2015-ci ildən "Sumqayıt"da işləyirdi.
0
0