Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın yeni baş məşqçisi Samir Ələkbərov komandada bir sıra dəyişikliklər edib.
Bu posta təyin olunandan sonra islahatlar vəd edən çalışdırıcı açıqladığı heyətdə 22 oyunçuya yer verib. Onun sələfi Yaşar Vahabzadənin təxminən bir ay əvvəl açıqladığı son heyətdə də eyni sayda ad var idi.
Amma Ələkbərov 5 dəyişikliyi zəruri sayıb. Bu “penta-trik”in əsas qurbanları lazımsız legionerlər olub. Milliləşən, lakin oyunu ilə yığma səviyyəsindən uzaq olan əcnəbilərdən Onur Albayrak, Əmirhüseyn Nəcəfi və Ozan Can Kokcu Ələkbərovun siyahısından kənar düşüb. Perspektivli yerlilər Elnur Cəfərovla Yusif Nəbiyev də U-21-ə lazım olmayıb.
Ələkbərovun onların əvəzinə çağırdığı 5 oyunçu arasında da legioner var. Bu, “Neftçi”nin üzvü Anton Krivotsyukdu. Ondan başqa, Budaq Nəsirov, Pərviz Qaraxanov, Roman Hüseynov və Süleyman Süleymanov da yığmaya cəlb olunub. Bu “beşlik”dən üçü – Budaq, Roman və Süleyman əvvəllər də U-21-ə çağırılsa da, son iki görüşdə kənarda qalmışdı. Anton isə U-19-da çıxış edib.
Ələkbərovun siyahısında Qaraxanov yeni ad təsiri bağışlaya bilər. Son üç ildə yığmalardan kənar qalan futbolçu 2011-14-cü illərdə müxtəlif millilərdə çıxış edib. İlk dəfə U-21 həyəcanı yaşayacaq Qaraxanov üç il öncə U-19-a dəvət alıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”