“Stamenkoviç hara gedir? Onun komandadan gedəcəyi ilə bağlı yayılan xəbər mətbuatın uydurmasıdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.
Aqil Məmmədovun transferindən sonra əsas heyətə düşmək şansı azalacaq Saşa Stamenkoviçin “Neftçi”dən ayrılmaq istədiyi barədə məlumat yayılıb. Lakin “flaqman”ın baş məşqçisi serbiyalı qolkiperin ən azı mövsümün sonuna qədər komandada qalacağını bildirib: “Stamenkoviçdən məmnunuq. Saşa heç yerə getməyəcək. Bir qapıçı gəlir deyə, digərləri getməlidi? Rəqabət yaratmaq üçün güclü qapıçılara ehtiyac var. “Neftçi”də həmişə güclü qapıçılar olub, indi də elədi”.
Qeyd edək ki, Saşa Stamenkoviç 2011-ci ildən “Neftçi”nin formasını geyinir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı