“Dənizlispor” Saşa Yunisoğlu ilə yollarını rəsmən ayırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunu Türkiyənin I dəstə təmsilçisinin prezidenti Mehmet Özsoy açıqlamasında deyib.
Millimizin sabiq müdafiəçisinin gedişi mövsümün əvvəlindən zədə yaşaması və bu üzdən onunla müqavilənin qarşılıqlı şəkildə ləğv olunduğu göstərilib. Özsoy isə bu haqda bunları deyib: “Saşa Yunisoğlu ilə müqaviləmiz qarşılıqlı şəkildə pozuldu. Bu futbolçunun “Tekden Dənizlispor”a vermiş olduğu əməyə görə özünə çox təşəkkür edir, ona futbol həyatında uğurlar diləyirəm”.
Qeyd edək ki, Saşa Yunisoğlu mövsümün əvvəlində AZAL-dan ayrılaraq “Dənizlispor”a transfer olunmuşdu. Ondan əvvəl bu klubda digər azərbaycanlı futbolçular - Rail Məlikov və Arif İsayev çıxış edirdi.