“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının heyətində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri səfərdə Bolqarıstan millisi ilə üz-üzə gəlib.
Şehiç ABŞ və Meksika ilə yoldaşlıq görüşlərində olduğu kimi, bu dəfə də meydana start heyətində çıxıb. Onun 90 dəqiqə oynadığı yoxlama matçında komandası 1:0 hesabı ilə qələbə qazanıb. “Qarabağ”ın futbolçusu bununla da millidəki ardıcıl 3-cü qarşılaşmasında qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Şehiç ABŞ-la oyunu da əvəzedilmədən keçirmişdi. Meksika ilə matçda isə meydana start heyətində daxil olan Azərbaycan çempionu fasilədən sonra yerini Kenan Piriçə vermişdi. Meksika da bosniyalıları 65-ci dəqiqədə məyus etmişdi.