[b]Şehiçli Bosniya və Herseqovina mundial iştirakçısını məğlub etdi[/b]
01.06.2018 - 19:33
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin formasını geyindiyi Bosniya və Herseqovina yığması növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri Cənubi Koreya ilə qarşılaşıb.
Dünya çempionatının iştirakçısı ilə görüş bosniyalılar üçün uğurlu alınıb. Belə ki, Edin Viskanın 28, 45+1, 79-cu dəqiqələrdə vurduğu qollar Prosineçkinin kollektivinə 3:1 hesablı qələbə qazandırıb.
Matçı əvəz edilmədən keçirən Şehiç yalnız 30-cu dəqiqədə rəqibin qoluna mane ola bilməyib.
0
0