[b]Səlahət Ağayev yeni klubu ilə müqavilə bağladı[/b]
13.01.2016 - 14:17
[b]Səlahət Ağayev yeni klubu ilə müqavilə bağladı[/b]

Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevin yeni klubu bəlli olub. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubundan ayrılan 25 yaşlı qolkiper karyerasını “Sumqayıt”da davam etdirəcək.

 

Ağayev yeni klubu ilə yarım illik anlaşıb. Ölkə xaricinə yollanacağı iddia edilən Ağayev mövsümün sonunadək “Gənclik şəhəri” təmsilçisinin formasını geyinəcək.

 

Qeyd edək ki, karyerası ərzində Premyer Liqada 99 oyun keçirən Səlahət 89 qol buraxıb.