“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi” ilə bu gün keçirəcəyi matçı tanınmış simalar da izləyəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar arasında “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş də olacaq.
Buna səbəb Bakı Olimpiya Stadionunun dünən gecə saatlarında “ağ-qara” rəngə bürünməsi və “Come to Beşiktaş” yazısı ilə Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan İstanbul nəhənginə dəstək verməsidi. Şenol Günəş də bu jestə qarşılıq olaraq təşəkkür etmək üçün Bakıya gəlib. O, “Çelsi” ilə qarşılaşmada Azərbaycan çempionuna dəstək olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı 21:00-da başlayacaq.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı