[b]Sərgən Yalçın Superliqaya qayıtdı[/b]
05.03.2018 - 01:28
"Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Superliqa təmsilçisi Mehmet Özdiləkin gedişindən sonra boş qalan posta yerli mütəxəssis gətirib.
XXIV turda doğma azarkeşləri önündə "Yeni Malatyaspor"a məğlub olan (0:1) konyalılar Yalçınla anlaşdıqlarını bəyan ediblər. Gənc mütəxəssis martın 6-da mövsümün sonuna qədər müqavilə bağlayacaq və komandanın "sükanı arxası"na keçəcək.
Qeyd edək ki, "Konyaspor" 24 turdan sonra 21 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0