“Millətlər Liqası gənc oyunçuları rəsmi oyunlarda yoxlamaq və Avropa çempionatına vəsiqə uğrunda mübarizə aparmaq üçün yaxşı şansdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko deyib.
UEFA-nın rəsmi saytına danışan keçmiş futbolçu Millətlər Liqası haqda fikirlərini bildirib.
O, qrupdakı rəqibləri Çexiya və Slovakiya millilərini dəyərləndirib: “Millətlər Liqasının yaradılmasına görə şadam. Bunun digər üstünlüyü də ondan ibarətdi ki, liqalardakı komandalar arasında böyük səviyyə fərqi yoxdu. Azarkeşləri maraqlı oyunlar gözləyir. Turnirin startını səbirsizliklə gözləyirəm. Millətlər Liqasında gücümüzü yoxlamaq bizə maraqlı olacaq. Çexiya və Slovakiya yığmaları yaxşı rəqiblərdi. Qrupdakı ölkələr məsafə baxımından bir-birinə yaxın olduqlarından, azarkeşlər hər bir matça gedib, baxa biləcəklər. Həm çexiyalılar, həm də slovakiyalılar cəlbedici futbol oynayırlar”.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı