[b]Simeone hansı qapıçıları fərqləndirdi?[/b]
27.09.2017 - 16:06
[b]Simeone hansı qapıçıları fərqləndirdi?[/b]

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone dünyanın ən yaxşı qapıçıları hesab etdiyi oyunçuların adlarını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, argentinalı çalışdırıcı yetirməsi Yan Oblakı və hazırda “Çelsi”də çıxış edən Tibo Kurtuanı fərqləndirib.

 

Simeone Kurtuanın “Atletiko”dan gedişindən sonra qapı xəttində problem yaşamadıqlarını bildirib. O, bunu Oblakın inamlı oyunu ilə əlaqələndirib: “Kurtua və Oblas dünyanın ən yaxşı 2 qapıçısıdı. Kurtuanın gedişindən sonra qapı xəttini Oblaka həvalə etdiyim üçün peşman deyiləm. Çünki ümidlərimizi doğrultdu. Hər ikisi “çərçivə”də özünü inamlı hiss edir”.

 

Qeyd edək ki, Tibo Kurtua Belçika, Yan Oblak isə Sloveniya yığmasının qapıçısıdı.